hemle

Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

Tarix:29-01-2021, 09:18
Baxış Sayı:317

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyadan olan hüquqi və fiziki şəxslərə qarşı fərdi sanksiyalar barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib.

hemlemedia.az “RİA Novosti”yə istinadən bildirir ki, müvafiq Fərman dövlət başçısının saytında dərc olunub.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının bu Fərmanla qüvvəyə minmiş qərarının yerinə yetirilməsinə nəzarət Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinə həvalə edilsin”, - mətndə deyilir.

Sanksiya siyahısının özü saytda yerləşdirilməyib. Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarlarından biri məxfi saxlanılıb.

Sanksiyaların “effektivliyinin reallaşdırılması və monitorinqi”ni Ukrayna Nazirlər Kabineti Milli Təhlükəsizlik və Müdafiə Şurası və Ukrayna Milli Bankı ilə birlikdə təmin etməlidir.

Qeyd edək ki, Moskva ilə Kiyev arasında münasibətlər 2014-cü ildə Donbassda vətəndaş müharibəsi fonunda pisləşib. Ukrayna hökuməti dəfələrlə Rusiya tərəfini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib. 2015-ci ilin yanvar ayında Ukrayna Ali Radası Rusiyanı “təcavüzkar ölkə” adlandıran bəyanat qəbul edib.

Moskva Kiyevin ittihamlarını inkar edir və onları qəbuledilməz adlandırır. Rusiya dəfələrlə bəyan edib ki, ukraynadaxili münaqişənin tərəfi deyil və Ukraynanın siyasi və iqtisadi böhrandan çıxmasında maraqlıdır.

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı