hemle

Rusiya günəbaxan tumu və yağının ixracına qadağa qoyur

Tarix:31-03-2022, 17:13
Baxış Sayı:235

Rusiya hökuməti dünyada günəbaxan yağına olan kəskin tələbatı və bahalaşmanın nəticəsi olaraq Rusiya məhsuluna olan tələbatın artması səbəbindən müvəqqəti olaraq Rusiyada istehsal edilən günəbaxan tumu və yağının eksportuna qadağa qoyub.

hemlemedia.az Bakipost.az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı nazirliyi aprelin 1-dən ölkə xaricinə günəbaxan tumu və rapsanın ixracını müvəqqəti olaraq dayandırır.

"Müvəqqəti qadağa 1 apreldən 31 avqusta kimi davam edəcək", - deyə məlumatda bildirilir.

Eləcə də hökumət buraxılış məntəqələsində sıravi vətəndaşların yükü arasında da bu məhsulların aparılmasına məhdudiyyətlər qoyulmasını təklif edib.

Qeyd edək ki, Rusiya Milli Dumasının üzvləri və bir neçə iqtisadçı Rusiya istehsalı olan taxıl, şəkər tozu, neft, kömür, metal, ərzaq, xammal və s. eksportunun rus rublu ilə aparılmasını irəli sürüblər.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir