hemle

Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən nəql ediləcək

Tarix:17-03-2021, 13:14
Baxış Sayı:502

Rusiya qazının Ermənistana nəqli müvəqqəti olaraq Azərbaycan ərazisindən həyata keçiriləcək.

Bu barədə “Gazprom Export” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Qərar Rusiya qazının Gürcüstan ərazisindən keçən “Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərinin təmiri ilə əlaqədardır.

““Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərində planlı profilaktik təmir işləri gedən müddətdə Rusiya qazı istehlakçılara Azərbaycan üzərindən tədarük ediləcək. Martın 16-da “Qazprom Export” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Rusiya qazının Azərbaycan ərazisindən nəqli üçün qısamüddətli müqavilə imzalanıb”,- deyə məlumatda qeyd olunub.

Müqavilədə “Şimali Qafqaz - Zaqafqaziya” qaz kəmərinin Rusiya hissəsində planlı profilaktik təmir işləri zamanı qazın Azərbaycan ərazisindən Gürcüstanla sərhədədək yerləşən istehlakçılara tədarük ediləcəyi bildirilir.

Təmir işlərinin təxminən üç həftə çəkəcəyi gözlənilir. Təmir tamamlandıqdan sonra Rusiya qazının əvvəlki marşrut üzrə nəql ediləcəyi bildirilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir