hemle

Britaniyalı general Putini “qatil avtokrat” adlandırdı

Tarix:30-03-2022, 17:13
Baxış Sayı:211

"Rusiya qüvvələrinin Kiyevdən çıxarılması yəqin ki, onların başqa istiqamətə keçəcəyindən xəbər verir və Vladimir Putin hakimiyyətdə qaldıqca Avropada sülh mümkün olmayacaq".

BBC xəbər verir ki, bu sözləri istefada olan britaniyalı general, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandan müavini Riçard Şirref deyib .

Şirref Rusiya rəhbərliyinin Kiyev və Çerniqov vilayətlərində deeskalasiya ilə bağlı bəyanatlarına şübhə ilə yanaşdığını bildirib.

"Bu, çox güman ki, qüvvələrin başqa yerlərdə cəmlənməsinin xəbərçisidir", - deyə eks-general qeyd edib.

Şirref həmçinin Putinin Kremldə olduğu müddətdə Avropada sülhün mümkünsüz olduğunu da deyib. Həmçinin Putini “qatil avtokrat” hesab etdiyini bildirib.

Onun sözlərinə görə, NATO Rusiya ilə kollektiv Qərb arasında qarşıdurmanın “isti müharibə deyil, soyuq müharibə” olaraq qalmasını təmin etməlidir:

"Alyansın gələcək təcavüzün qarşısını almaq üçün vacib hesab etdiyim NATO-nun güclənməsini hələ də görməmişik”, - deyə Şirref bildirib.

Digər xəbərlər
18:31 Təşəkkür məktubu
11:41 Müqavilə ilə "kupça"dakı kvadrat düz gəlmir - Təzminat ala bilərsiz
11:39 Tələbələrə PULSUZ - AYNA-dan AÇIQLAMA
11:36 Nazirlər Kabinetinin iki qərarı ləğv edildi
11:34 Türkiyə mətbuatında Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlər kimlərdir? - FOTOFAKTLAR
11:32 ABŞ Ermənistana ayrılan vəsaiti kəsdi: Mask göstəriş verib
11:28 Xankəndidən qaçan Samvelin kəşfiyyatla gizli əlaqəsi üzə çıxdı - ŞOK DETALLAR
11:27 Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR