hemle

Şagirdi döyən müəllimin izahatı alındı, töhmət verildi — RƏSMİ CAVAB

Tarix:15-05-2019, 15:42
Baxış Sayı:549

Bu gün 246 nömrəli orta məktəbdə II sinif şagirdinə müəllim Pərvanə Absalamova tərəfindən kobudluq edilməsi və şagirdə fiziki güc tətbiq etməsinin video görüntüsü yayılıb.
Hadisə ilə bağlı məktəbdən reaksiya gəlib.

Femida.az -a 246 nömrəli məktəb-liseydən verilmiş məlumatda qeyd olunur ki, mayın 10-da məktəbin ibtidai sinif müəllimi şeir deyən uşaqların fikrini yayındıran II sinif şagidini (müvafiq səbəblərdən şagirdin adı qeyd edilmir) tənbeh edib. Bununla bağlı videogörüntü müəllimin özü tərəfindən yaradılmış valideyn votsap qrupuna göndərilib.

Videogörüntü valideyn tərəfindən mayın 13-də məktəb-liseyin rəhbərliyinə təqdim olunub. Məktəb-liseyin rəhbərliyi tərəfindən dərhal ibtidai sinif müəlliminin izahatı alınıb və valideynin ərizəsinə əsasən, şagirdin sinfi dəyişdirilib. Məsələ ilə bağlı müəllimə töhmət verilib.
Qeyd edək ki, məktəbdə müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır, uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.

Digər xəbərlər
21:46 Heydər Əliyev Mərkəzinin parkında rəngarəng Uşaq festivalı
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi