hemle

Vergidən yayınan iş adamı ilə bağlı qərar VERİLDİ

Tarix:21-02-2022, 20:22
Baxış Sayı:235

Bir sıra KİV və sosial şəbəkələrdə “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin müşahidə şurasının sədri Orucov Rəsul Qardaşxan oğlunun cinayət işi üzrə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində “Ağstafa Aqro” MMC-nin təsisçisi olduğu “AK Petroleum İndustrial Company” MMC-nin ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 12.04.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.

Həmin müəssisənin fəaliyyətinə faktiki rəhbərlik edən Orucov Rəsul Qardaşxan oğlu istintaqa gəlməkdən boyun qaçırdığından barəsində axtarış elan edilib və bu il fevralın 2-də tutularaq istintaqa təhvil verilib. Rəsul Orucov həmin müəssisə üzrə ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının dövlət büdcəsindən yayındırılması epizoduna görə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona ittiham elan edilib.

Yasamal rayon məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə Rəsul Orucov barəsində həbs qətimkan tədbiri seçilib və müdafiə tərəfinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Hazırda həmin cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Kütləvi informasiya vasitələrindən istintaq olunan cinayət işləri üzrə məlumat yayarkən qurumun mövqeyinin dəqiqləşdirilməsi tövsiyə olunur.

Digər xəbərlər
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır