hemle

Azərbaycanda daha bir yüksək rütbəli hərbçi həbs edildi

Tarix:17-02-2022, 16:29
Baxış Sayı:236

Azərbaycan Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs olunub.

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində maliyyə pozuntularının aşkarlanması ilə bağlı Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində həbs qətimkan tədbirin seçilməsi üçün istintaq orqanının təqdimatına baxılıb.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, C. Kazımov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C. Kazımov 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbəsi rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir. (Apa)

Digər xəbərlər
10:12 Parkinson xəstəliyinin arxasında gizli hüceyrə yolu tapıldı
10:03 Moskva və Vaşinqton Türkiyəyə ÜZ TUTDU - Aprelin 10-da İstanbulda nə baş verəcək?
09:57 Rusiya peyki naməlum obyekti orbitə çıxardı
09:53 Bu gün güclü külək əsəcək
09:45 Türkiyədə zəlzələ oldu
09:40 Ordumuzun mövqeləri atəşə tutuldu
21:10 "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ: Dərhal...
21:08 "İnstagram"da yeniyetmələrə canlı yayım qadağası - Bu icazə şərt olacaq