hemle

"Əgər reklam istəsəydim, bəzənib düşərdim metroya" - Afət Fərmanqızı

Tarix:4-02-2022, 11:32
Baxış Sayı:247

Müğənni Afət Fərmanqızı "Deməsəm olmaz" proqramına qonaq olub.

Müğənni proqramda özəl həyatı ilə bağlı bəzi açıqlamalar verib. O, ailə qurması münasibətiylə məclis keçirdiyini etiraf edib.

"Mənim toy yaşım deyil. Məclis olub, o da qohumlar arasında. Üç özəl günü qeyd etdim: ad günümü, sənətdə olmağımın 20 ilini və ailə qurmağımın tanıtımı. Toy deyildi. Mənim aləmimdə toy odur ki, gəlinlik geyinəsən, "Vağzalı" çalınsın. Orda hətta tamadalıq etdim".

Həyat yoldaşı Mamed Nanacanovla bağlı suallara Afət "Reklama ehtiyacım var? Özünü reklam etmək istəyən mənə söz atır. Əgər reklam istəsəydim, geyinib, bəzənib düşərdim metroya. Bu da olardı reklam. Həyat yoldaşım haqda danışmayacam. Bizə baxanların niyyətini bilmirik. Soruşurlar niyə tək şəkil qoyursan? Cavab verirəm ki, 50 min manat ödəsinlər onun haqqında danışım. Qəlbi xain insanlar var. Öz bədbəxtçiliyinin acısını mənə yazmaqla görür. Mən niyə kiməsə elə sözlər yazım? Xoşbəxtəm, yazmaram", - deyə cavabını verib.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı