hemle

Bu şirkətlərin vəzifəli şəxslərinə cinayət işi AÇILDI

Tarix:3-02-2022, 09:45
Baxış Sayı:233

Qanunsuz qum-çınqıl hasilatı aparan şəxslərlə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsi və bu sahə üzrə aidiyyəti rayon prokurorlarının köməkçiləri tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Balakən və Qəbələ rayonlarının ərazilərində yerləşən qum-çınqıl yataqlarında yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması ilə qanunsuz hasilatın aparılması barədə məlumatlar yoxlanılıb.

Mütəxəssislərin iştirakı və xüsusi texniki vasitələrin köməyi ilə ərazilərə baxış keçirilib, ölçülər götürülüb, hesablamalar aparılıb, müvafiq dövlət qurumlarının reyestrlərində olan məlumatlar təhlil edilib, aidiyyəti şəxslərin izahatları alınıb və müvafiq dövlət qurumlarına verilən sorğulara cavablar toplanılıb.

Müəyyən edilib ki, “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC və “Redstone” MMC-nin vəzifəli şəxsləri 1 milyon 137 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Əsgər Əsgərov tərəfindən Balakən rayonu ərazisində 774 min manat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nizami Abdullayev tərəfindən isə Qəbələ rayonu ərazisində 71 min manat dəyərində qanunsuz qum-çınqıl hasilatı aparılıb.

Qeyd olunan faktlar üzrə Cinayət Məcəlləsinin 188.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 3 cinayət işi başlanılaraq istintaq olunması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

Digər xəbərlər
10:05 Maaşlarla bağlı YENİLİK - Vətəndaşlar istənilən bankdan...
10:01 ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ
09:51 Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Bu günün HAVASI
09:48 Tovuzda ev güclü yanğından xilas edildi
09:41 Türkiyə üçün dəhşətli proqnoz: Regional fəlakət olacaq, 25 milyon insan…
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq