hemle

“Mahal” MTK-nın eks-sədrinə cinayət işi açıldı

Tarix:2-03-2021, 14:50
Baxış Sayı:344

Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında “Mahal” MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla, Rəhimov İlqar Vəliyəddin oğlunun “Mahal” MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, “Mahal” MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq qeyd edilən ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş, meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İş üzrə toplanmış sübutlar əsasında İlqar Rəhimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilib.

Digər xəbərlər
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI
22:24 Sumqayıtın bu ərazisində qaz kəsiləcək
22:21 Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olundu
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək