hemle

Baş Prokurorluq: Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Tarix:16-03-2021, 19:28
Baxış Sayı:311

Öz qanunsuz əməlləri ilə dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan vəzifəli şəxslərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə tədbirlərdən biri kimi, Xızı rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Cənnət bağı” Altıağac istirahət mərkəzinin istifadəsinə verilən torpaq sahəsində ağac və kolların qanunsuz kəsilməsi və məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

Aparılan istintaq zamanı Xızı rayonunun ərazisində fəaliyyət göstərən Altıağac “Cənnət Bağı” istirahət mərkəzinin direktoru Əliyev Cahangir Ramiz oğlunun Azərbaycan Respublikasının Altıağac Milli Parkı arasında bağlanmış müqaviləyə əsasən istirahət mərkəzinin istifadəsinə verilmiş torpaq sahəsini mühafizəsiz qoymaqla ağacların və ot örtüyünün zədələnməsinə səbəb olmasına, 2039 ədəd müxtəlif növdə ağacları, kolları və digər yaşıllıqları qanunsuz olaraq kəsməsinə, habelə müxtəlif tikinti və qazıntı işləri aparmaqla torpağın münbit qatını qəsdən korlayaraq, bununla da təbiətə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə ümumilikdə 63 min manat məbləğində mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə o, Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədilməklə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi üzrə ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR