hemle

BAKIDA DAHA BİR ƏMƏLİYYAT- TUTULANLAR VAR

Tarix:6-05-2020, 15:30
Baxış Sayı:459

“Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bankın 12 saylı filialının direktoru Şükür Həsənovun filialın xəzinədarı Babək İbrahimli ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə 2017-ci ilin yanvar ayından etibarən vətəndaşların razılığı olmadan qanunsuz olaraq pul vəsaitlərinin mübadiləsini, o cümlədən 19 fiziki şəxsin xəbəri olmadan onların adlarına əməliyyatlar apararaq ümumilikdə 190 min ABŞ dolları məbləğində qanunsuz valyuta alışı əməliyyatlarını həyata keçirmələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
21:37 Ayaq baş barmağınız əyilirsə, diqqətli olun – Mütəxəssis xəbərdarlıq edir
21:34 Kazinoların fəaliyyətindən əldə edilən dividentlər - Milyonlarla turist, büdcəyə ödənilən vergilər...
21:32 Bu sualda səhvlik olub - Abituriyentlərin xeyrinə hesablanacaq
21:28 Diqqətlər İstanbula köklənir - Danışıqlar bu saatda başlayacaq
21:24 Bu tarixdən hava kəskin dəyişir - XƏBƏRDARLIQ
21:19 Ukrayna ölümcül əməliyyata belə hazırlaşıbmış - ŞOK DETALLAR
16:05 1194-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
16:01 Rusiya aerodromları vurulur: 40 təyyarə məhv edildi