hemle

Azərbaycanlı müxalifətçi xaricdə HƏBS EDİLDİ

Tarix:26-01-2022, 18:51
Baxış Sayı:208

Böyük Britaniyada siyasi sığınacaq istəyən müxalifətçi Ceyhun Zeynalov cinsi təcavüzə görə həbs edilib.

hemlemedia.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, 34 yaşlı jurnalist əvvəlcə özünü təqsirli bilməsə də, daha sonra günahını etiraf edib.

İttihama görə, o, mağazaya gedən əqli qüsurlu qadına qarşı zorakılıq göstərməyə cəhd edib. Əvvəlcə qadınla danışmağa cəhd edən C.Zeynalov ona içki içməyi təklif edib. Qadının "yox" cavabından sonra mağazadan bir şüşə araq alıb və sözügedən şəxsin də mağazadan çıxmasını gözləyib.

Daha sonra C.Zeynalov qadını Stok-on-Trent ştatının Şelton şəhərindəki Müqəddəs Mark kilsəsinin ərazisinə apararaq orada təcavüz etməyə çalışıb. O, qadının qətiyyətli müqavimətindən sonra ərazidən uzaqlaşıb.

Daha sonra C.Zeynalov tapılaraq 18 ay müddətinə həbs edilib.

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR