hemle

Milli Məclisin komitələri bu mövzuda dinləmələr keçirəcək - SİYAHI

Tarix:26-01-2022, 17:52
Baxış Sayı:205

Yanvarın 18-dən etibarən Milli Məclisin komitələrinin iclası başlayıb. Komitələr yaz sessiyası üçün iş planını müzakirə edərək təsdiqləyiblər. Bu sessiyada bir neçə komitədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

hemlemedia.az komitələrdə nəzərdə tutulan dinləmələri təqdim edir:

Səhiyyə komitəsində “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri”, “Optika və optikaçılıq”, “Ürək və qan dövranı çatışmazlığı xəstəlikləri” və “Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələrin keçirilməsi nəzərdə tutulub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sessiya ərzində sahibkarlarla, qeyri-hökumət təşkilatlarının nümayəndələrilə bir sıra görüşlərin, ictimai dinləmələrin keçirilməsini planlaşdırılıb.

Əmək və sosial siyasət komitəsi “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələr keçirəcək.

Regional məsələlər komitəsi aidiyyəti qurumların, yerli idarəetmə orqanlarının nümayəndələrinin iştirakı ilə dinləmələrin keçirilməsini nəzərdə tutub.

Ailə, qadın və uşaq məsələləri komitəsi, İnsan hüquqları komitəsi və Mədəniyyət komitəsi də dinləmələr keçirəcək.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat