hemle

Bu videoya görə müəllimə töhmət verildi, şagirdlər üzr istədi

Tarix:26-01-2022, 14:59
Baxış Sayı:217

Bu videoya görə müəllimə töhmət verildi, şagirdlər üzr istədi

Bakıda şagirdlərin sinifdə qeyri-etik davranışlarını əks etdirən videogörüntü ilə bağlı araşdırma yekunlaşıb.

hemlemedia.az xəbər verir ki, 165 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideyn və şagirdlərin izahatları alınıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

Digər xəbərlər
10:05 Maaşlarla bağlı YENİLİK - Vətəndaşlar istənilən bankdan...
10:01 ÜST-dən vəba ilə bağlı XƏBƏRDARLIQ
09:51 Rayonlarda yağış yağacaq, şimşək çaxacaq - Bu günün HAVASI
09:48 Tovuzda ev güclü yanğından xilas edildi
09:41 Türkiyə üçün dəhşətli proqnoz: Regional fəlakət olacaq, 25 milyon insan…
19:09 İstanbulda güclü partlayış oldu
19:02 "Whatsapp"da yenilik - Söhbətləri kopyalamaq qadağan olunur
18:59 Hava bu tarixdən yenidən pisləşir - Dolu düşəcək, sulu qar yağacaq