hemle

Şagirdlərin monitorinqi “Virtual məktəb”də aparılacaq

Tarix:20-06-2020, 17:26
Baxış Sayı:546


Şagirdlərin biliklərinin monitorinqi "Virtual məktəb"də aparılacaq.
Təhsil Nazirliyindən hemlemedia.az-a
verilən məlumata görə, monitorinq məqsədi ilə “Virtual məktəb” portalına Azərbaycan və rus bölmələri olmaqla II-VIII və X siniflər üzrə yeni test tapşırıqları hazırlanaraq əlavə olunub.

Məqsəd şagirdlərin müxtəlif fənlər üzrə bilik və bacarıqlarının monitorinqinin aparılmasıdır.

Test tapşırıqları 20 iyun tarixindən etibarən 14 gün müddətində aktiv olacaq. Test tapşırıqlarını yerinə yetirmək üçün portalda “Teams > General” bölməsində müvafiq olaraq “Testlər” altbölməsinə daxil olmaq lazımdır.

Monitorinqdə iştirak şagirdlərə tədris ili ərzində öyrəndiklərini yoxlamaq, müəllimlərə isə növbəti il üçün zəruri tədbirlər hazırlamaq imkanı verəcək: "Monitorinqdə daha çox şagirdin iştirakı daha aydın mənzərənin alınması deməkdir. Bu səbəbdən bütün maraqlı tərəflərin (şagirdlər, müəllimlər, valideynlər, məktəb rəhbərləri) prosesə ciddi yanaşacağına ümid edirik".

Digər xəbərlər
22:32 Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ
22:29 “Match TV”nin yayımının dayandırılmasının səbəbi AÇIQLANDI
22:24 Sumqayıtın bu ərazisində qaz kəsiləcək
22:21 Ermənistanın Azərbaycanın mülki infrastrukturuna ziyan vurmasına dair sənədlər məhkəmədə tədqiq olundu
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək