hemle

Ata Abdullayevə 7 il həbs verildi

Tarix:28-12-2021, 14:03
Baxış Sayı:232

İnsanları şantaj edərək pul almaqda təqsirləndirilən bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə A.Abdullayev məhkəmədə ağlayaraq son söz deyib: “Başqa müstəvidə günahımın nədən ibarət olduğunu bilirəm, buna görə dəfələrlə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam”.

Məhkəmənin hökmü ilə Ata Abdullayev 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, özünü bloqer kimi təqdim edən A.Abdullayev bu ilin martında DTX əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan edilib. Cinayət işi üzrə 4 zərərçəkmiş olub. Onlardan biri keçmiş MTN işçisi, biri Abşeron İcra Hakimiyyətinin əməkdaşı, digər ikisi isə sahibkar olub.

Ata Abdullayev daha əvvəl də iki dəfə cinayət törədib. 2004-cü ildə hərbi xidmətdən yayındığına görə, 2014-cü ildə isə kibercinayətkarlıq ittihamı ilə ona cəza verilib.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı