hemle

ABŞ-ın bu ştatında 31 dekabr “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edildi

Tarix:24-12-2021, 10:45
Baxış Sayı:210

ABŞ-ın Şimali Karolina ştatında 31 dekabr “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, ştatın bir sıra rəsmi şəxsləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bəyannamə qəbul ediblər.

Şştatın qubernatoru Roy Kuper, Şarlotta şəhər meri Vi Aleksandr Layls, Keri şəhər meri Harold Vaynbrext və Durham şəhər meri Stefen M. Şevelin imzaladıqları bəyannamələrdə bildirilib ki, hər il dünyada yaşayan 50 milyon azərbaycanlı 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edir. Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurduğu, bir sıra mütərəqqi islahatları həyata keçirdiyi, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququnu verdiyi, 1991-ci ildən Azərbaycanın öz azadlığını və müstəqilliyini bərqərar etdiyi yada salınıb. Nəzərə çatdırılıb ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, müasirləşən, regionun ən böyük iqtisadiyyatına malik olan ölkələrindən birinə və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər arasında birgə dinc yaşama və dinlərarası harmoniya ənənəsinin mövcudlığına diqqət cəlb edilib.

Şimali Karolina ştatında 31 dekabr 2021-ci il tarixini “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edən qubernator və şəhər merləri yerli sakinləri azərbaycanlıların bayramına qoşulmağa çağırıblar.

Qeyd edək ki, bəyannamələr Şimali Karolina ştatında fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ