hemle

“Avtomobil yolunun çəkilməsi ilə bağlı Ermənistanla razılığa gəldik”

Tarix:14-12-2021, 21:00
Baxış Sayı:220

“Zəngəzur dəhlizi ilə bağlı bir məsələyə toxunmaq istərdim. Edilən təklif, yəni kommunikasiya xəttinin açılması üçtərəfli bəyanatda öz əksini tapıb”.

Bunu Prezident İlham Əliyev Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra mətbuata açıqlamasında deyib.

“Bu, artıq öhdəlikdir ki, Ermənistan bütün lazımi şəraiti yaratsın. Düzdür, bu, son il ərzində bu sahədə irəliləyiş əldə eləmək heç də asan olmayıb. Biz artıq dəmiryolu əlaqəsinin Azərbaycandan Ermənistan ərazisindən keçərək Naxçıvana çəkilməsi ilə bağlı razılığa gəldik. Bir razılıq da avtomobil yolunun çəkilməsi ilə bağlıdır.

Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etdiyi vurğulanır. Ermənistan da maneəsiz və təhlükəsiz çıxışı təmin etməlidir”, - Prezident qeyd edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir