hemle

İlham Əliyev “kor düyünü” açır, Türk dünyası birləşir – ŞƏRH

Tarix:1-04-2021, 14:30
Baxış Sayı:292

İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbə qazanmasından sonra müsbət istiqamətdə yeni regional əlaqələr üçün siyasi-iqtisadi zəmin eninə-uzununa qazılıb.

İqtisadi açılımlarda Ermənistan üçün işğalçılıq xeyirləri güdməyinə son qoyulur, daha doğrusu Ermənistan yeni düzənin şərtləri altında mövcudluğunu saxlamağa məcbur edilir.

Martın 31-də Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı açılımlarda əsas əngəl yaradan “kor düyün”ün – Zəngəzur dəhlizinin işə düşməsi istiqamətində Azərbaycanın təşəbbüslərindən söz açıb.

Bu, ölkə başçısının Zəngəzurla bağlı ilk çıxışı deyil, hələ Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə İlham Əliyev dəfələrlə Zəngəzur amilinin böyük faydaları barədə mesajlar verib.

Azərbaycan Vətən müharibəsindən sonra geniş mənada daha cazibədar xüsusiyyət almağa başlayıb, çünki postmüharibə dövrü üçün rəsmi Bakının xoşməramlı niyyətlərinin miqyası genişlənib. Böyük planların həyata keçirilməsi üçün isə Zəngəzur dəhlizinin açılması zərurəti yaranır və bu istiqamətdə işlər də gedir.

“Biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanıb” - deyən İlham Əliyev Zəngəzur faktorunun türk dünyasının birləşdiricisi rolunu oynayacağını da əlavə edib.

Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradır.

Ermənistan da blokadadan çıxmaq üçün tarixi Azərbaycan torpağı olan Zəngəzurdan dəhliz açmaq məcburiyyətindədir.

Bu nəqliyyat koridoru Azərbaycan ərazisindən keçməklə Ermənistanın hazırda bir nömrəli müttəfiqi Rusiya ilə dəmir yolu əlaqəsinin yaradılmasına da şərait yaradır. Eyni zamanda Ermənistana Naxçıvan üzərindən İranla dəmir yolu xətti olması imkanları tanınır.

“Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir”, - deyə İlham Əliyev qeyd edib.

2021-ci ilin yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentləri, Ermənistanın baş nazirinin üçtərəfli görüşündə yeni nəqliyyat dəhlizinin formalaşması üçün prioritetlər müzakirə edilib.

Bununla bağlı üçtərəfli bəyanat verilib.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı