hemle

Sahibə Qafarova yenə əsəbiləşdi

Tarix:14-12-2021, 16:06
Baxış Sayı:222

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlının ölkədə işsizliklə bağlı fikirləri spiker Sahibə Qafarovanı əsəbiləşdirib.

Deputat Sabir Rüstəmxanlı qeyd edib ki, rayonda iş yerləri yoxdur deyə hamı köçüb Bakıya gəlir: "Burada biz qanunları gurultulu şəkildə qəbul edirik. Amma faktiki olaraq işsizlik var ölkədə. Bundan əlavə, qanunda özünəməşğul ifadəsi işlədilir. Bu adam nə işlə məşğul olur ki, özünə məşğul sayılır? Bu terminlərə fikri vermək lazımdır".

Spiker Sahibə Qafarova isə qeyd edib ki, parlamentdə heç bir qanun gurultulu qəbul edilmir: "Hər bir deputat öz fikrini ifadə edə bilir. Siz elə dediniz ki, elə bil hər yer dağılıb. Necə yəni ortada bir şey yoxdur? Ölkədə bu qədər işlər görülür. Bu boyda işlərdən sonra demək olarmı ki, heç nə yoxdur. Mən indiyə kimi özümə icazə verməmişəm ki, kiminsə sözünü təhrif edim. Buna mənim tərbiyəm də imkan verməz. Nə eşitdimsə, ona da reaksiya verdim.

Bura heç kim elə- belə yığışmayıb. Hamısı seçilmiş insanlardır. Xahiş edirəm sözlərinizə sərhəd qoyun".

Xatırladaq ki, bundan əvvəl S.Qafarova dəfələrlə deputatlar tərəfindən səslənən fikirlərə narazılığını bildirib. Sonuncu dəfə millət vəkili Tahir Kərimli Milli Məclisin avtoparkının yenilənməsi haqda təklifi spikeri əsəbiləşdirmişdi.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir