hemle

Sahil Babayev deputatların tələbi ilə parlamentə gələcək - Vaxt açıqlandı

Tarix:14-06-2021, 10:34
Baxış Sayı:295

Milli Məclisin növbədənkənar sessiyasının son iclasında əlilliyin təyin edilməsi ilə bağlı geniş müzakirə aparılıb. Əlilliyin təyin edilməsinə dair yeni qaydalar ikinci oxunuşda təsdiq edilsə də, 13 deputat qanun layihəsinə səs verməyib.

hemlemedia.az-ın xəbərinə görə, əlilliklə bağlı qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılmazdan öncə geniş tərkibdə müzakirə olunacaq.

Dinləmənin keçirilməsi iyunun 18-nə planlaşdırılır. Dinləmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin də iştirakı gözlənilir.

Xatırladaq ki, Spiker Sahibə Qafarova parlamentin ötən növbədənkənar iclasında əlilliklə bağlı qanun layihəsinin yenidən komitə iclasında müzakirə edilməsini təkif edib.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşda 13 deputat əlehinə səs verib.

Bu sırada Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Sabir Rüstəmxanlı, Aqil Abbas da var

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir