hemle

Bakıda avtobusda insident, sürücüyə ağır xəsarət yetirildi - Video

Tarix:27-11-2021, 12:18
Baxış Sayı:249

Bu gün Binəqədi rayonu ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda xoşagəlməz hadisə yaşanıb.

Məlumata görə 30-35 yaşlı şəxs Hökməli dairəsi yaxınlığında hərəkətdə olan 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlamasını tələb edib. Avtobus bir qədər öndə yerləşən dayanacağa çatıb saxladıqdan sonra həmin şəxs qaçaraq nəqliyyat vasitəsinə daxil olub.

Təhlükəsizlik kamerasından görünür ki, sərnişin sürücünü təhqir edərək ona zərbələr endirməyə başlayıb. O, sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb. Avtobusdakı sərnişinlərin müdaxiləsindən sonra həmin şəxs nəqliyyat vasitəsindən endirilib.

Xəsarət alan sürücüyə tibbi yardın göstərilib və ona yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib. Hadisə vaxtı avtobusun ön şüşəsi qırılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 “qaynar xətti”nə müraciət edilib, araşdırma aparılır.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ