hemle

“TikTok” videosu çəkən avtobus sürücüsü işdən çıxarıldı - Video

Tarix:17-05-2021, 18:26
Baxış Sayı:269

Bakıda sükan arxasında video çəkən sürücü işdən çıxarılıb.

Bu barədə Oxu.az-a 525 saylı marşrut xətti üzrə daşıyıcı şirkətin rəhbəri Rövşən Salamov məlumat verib.

O bildirib ki, həmin işçi şiddətli töhmət alıb və işdən azad edilib: “Avtobusda qeydə alınan videogörüntülər mayın 15-nə aiddir. Bildiyiniz kimi, ayın 16-sı ictimai nəqliyyat fəaliyyətə başlayacaqdı. Bu məqsədlə avtobuslar dezinfeksiya edilirdi. Həmin sürücü avtobusu qarajın yaxınlığında olan avtoyuma məntəqəsinə aparıb. Həmin gün avtobusda sərnişin olmayıb. Sürücü və iki nəfər texniki işçi olub. Videogörüntülərdə pulların düzülməsi məsələsi isə sabah üçün hazırlıq olub. Məsələ ilə bağlı dərhal tədbir görülüb və sürücü işdən azad edilib”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir