hemle

İran nüvə silahı hissələrinin istehsalına başlayıb?

Tarix:18-11-2021, 19:03
Baxış Sayı:230

İran Kərəc şəhərində yerləşən zavodda uranın zənginləşdirilməsi üçün sentrifuqa avadanlıqlarının istehsalını tam bərpa edib.

"Unikal" "Wall Street Journal"ına istinadən xəbər verir ki, qərbli diplomatlar nüvə sentrifuqaları üçün avadanlığın istehsalı İranla nüvə sazişinə dair danışıqları bərpa etmək istəyən ABŞ prezidenti Co Bayden administrasiyası üçün problemli məsələyə çevrilib.

Diplomatlar həmçinin qeyd ediblər ki, Tehranın qərbində yerləşən Kərəc şəhərindəki obyektdə istehsalın bərpası İranın nüvə silahına sahib olacağına dair narahatlıq yaradır.

Qeyd edək ki, sentrifuqalar zənginləşdirilmiş uranın daha yüksək saflıq səviyyəsinə çıxarılması məqsədilə mülki məqsədlər üçün və ya nüvə silahı üçün istifadə olunur.

Xatırladaq ki, Kərəc zavodunda işlər iyun ayında - müəssisəyə düzənlənən hücumdan sonra dayandırılıb.

İran hücumda İsraili günahlandırsa da, İsrail tərəfi bu iddiaları rədd edib.

Digər xəbərlər
12:29 Bu gecə Rusiya səması: 105 pilotsuz təyyarə vurulub
12:24 Bu şəxslər hər ay 200 manat ala bilər
10:54 Ukrayna bu sənədi Aİ-yə göndərir: İçində Rusiyaya qarşı görün nələr var
10:51 “Döyüş nöqtəsinə” çatıblar: 2030-cu ilə qədər yarım milyard yeniyetmə bu xəstəliyə tutulacaq
13:21 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
13:16 Dayanacaqlarda “Bakı Kart” terminalların çatışmazlığı: Yüklənmiş pulun yoxa çıxması və cinayət işinə çevrilmə riskləri
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar