hemle

“Türkiyə Qafqazın sabitliyinə böyük əhəmiyyət verir” - Akar

Tarix:18-11-2021, 14:04
Baxış Sayı:237

“Türkiyə Qafqazın sabitliyinə böyük əhəmiyyət verir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Erciyez Universitetində 2021-2022 tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə bu bölgədə də sülhün və sabitliyin təmin olunması üçün böyük səylər göstərir.

“Can qardaşımız Azərbaycan 30 ildir işğal altındakı öz torpaqlarını, Qarabağı 44 gün davam edən “Tək Vətən” hərəkatı ilə Ermənistanın işğalından azad edib. Bu dövrdə haqlı mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olan Türkiyə bundan sonra da bütün imkanlarıyla “Bir millət, iki dövlət” deyimi ilə qardaşlarının yanında olmağa davam edəcək”, - deyə Akar əlavə edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir