hemle

Hulusi Akardan Qarabağla bağlı YENİ AÇIQLAMA

Tarix:10-12-2020, 11:20
Baxış Sayı:319

“Azərbaycan Ermənistan tərəfindən həyata keçirilən hücumları dayandırmaq və ərazilərini işğaldan azad etmək üçün “artıq bəsdir” deyərək hərəkətə keçdi”.

Bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Azərbaycan “Bir Vətən Hərəkat Planı”nı tətbiq etdi. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Rusiya Prezidenti cənab Vladimir Putin ilə atəşkəsin şərtləri və daimi olması mövzusunda müzakirə apararaq atəşkəs razılaşmasına lazımi töhfə verib. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi və fəaliyyətlərin başlaması üçün Türkiyə-Azərbaycan-Rusiya arasında əməkdaşlıq davam edir”, - deyə H.Akar bildirib

H.Akar Qazi Mustafa Kamal Atatürkün anım günü ilə əlaqədar Azərbaycanın Zəfər Gününü noyabrın 10-dan 8-nə dəyişməsinə də münasibət bildirib: “Bu həssaslıqlarına görə başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımıza təşəkkürümüzü bildiririk. Beləliklə, Azərbaycan “bir millət - iki dövlət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuzu bir daha göstərib. Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək”. //Report.az

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı