hemle

Türk hərbçilərin Qarabağda qalma müddəti UZADILDI

Tarix:10-11-2021, 21:39
Baxış Sayı:221

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

İclasda Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub.

Qanun layihəsinin ikinci oxunuşundan sonra, mövzu ilə bağlı 7 millət vəkili çıxış edib.

TBMM-in Ədalət və İnkişaf Partiyası (AKPartiya), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya və Böyük Birlik Partiyasının (BBP) nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər.

Azərbaycanın müzəffər ordusunun qələbəsinin birinci ildönümündən bəhs edən çıxışçılar bir il öncə bu qələbədə hakimiyyət, xalq və ordu birliyinin önəmli rol oynadığını bildiriblər.

Xalqların Demokrat Partiyasının (HDP) nümayəndəsi isə sənədin əleyhinə çıxış edib.

Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.

Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət vermişdi. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir