hemle

“İnsanlar öz istəyi ilə dördüncü dozanı vurdura bilər” - Yaqut Qarayeva

Tarix:3-11-2021, 17:50
Baxış Sayı:267

Koronavirus infeksiyasına qarşı peyvəndin “buster” dozası və revaksinasiyaya dair AZƏRTAC-ın suallarını TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Birinci doza vaksin vurulduqdan neçə gün sonra ikinci doza vurulmalıdır?

- Azərbaycanda hazırda istifadə olunan peyvəndlərin 2-ci dozasının 1-ci dozadan sonra 28-ci gündə vurulması ciddi tövsiyə olunur. Hər hansı səbəbdən 28 gündən sonra 2-ci dozanı vurdurmayan vətəndaşlara şərait yaradılır ki, 56 gün ərzində (istehsalçı tövsiyəsinə əsasən) vaksinasiyanı tamamlaya bilsinlər. Birinci dozadan 56 gündən çox müddət keçdikdə vaksinin ikinci dozasının vurulması lazım olan effekti vermədiyi üçün yenidən 1-ci və 2-ci dozalar vurulmalıdır.

- “Buster” doza barədə məlumat vermənizi xahiş edirik. İkinci doza vaksin vurulduqdan neçə müddət sonra “buster” doza vurula bilər?

-“Buster” doza qüvvətləndirici doza deməkdir. Belə ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan və ya koronavirusa yoluxduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün “buster” dozanın vurulması tövsiyə olunur. “Buster” doza 2-ci dozadan və ya yoluxma tarixindən sonra, 6–cı aydan başlayaraq vurulur.

Vətəndaşlar randevu.its.gov.az saytı üzərindən “buster” dozanın vurulması üçün onlayn qaydada növbə götürə bilərlər.

- Bəs dördüncü doza nə vaxt vurulur?

- Hazırda ölkəmizdə yalnız vaksinin 2-ci dozasından 6 ay keçdikdən sonra “buster” dozaların vurulması tövsiyə olunur. 4-cü dozanın vurulması (revaksinasiya) hələ ki, nə Azərbaycanda nə də heç bir digər ölkədə planlı şəkildə tətbiq olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, revaksinasiya, yəni 4-cü dozanın vurulması ilə bağlı hər-hansı əks-göstəriş yoxdur və ölkəmizdə 4-cü doza insanların öz istəyi ilə vurula bilər.

Digər xəbərlər
10:59 Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO
10:56 Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ - 10 il sonra üz dərinizdə...
10:47 Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb
10:45 Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar
10:43 "D" vitamini çatışmazlığını aradan qaldırmağın ən sadə üsulları açıqlandı
10:40 Paşinyanın MİT və Mi6 şefi ilə gizli görüşü - Zəngəzur dəhlizində nələr hazırlanır?
10:38 ADNA-da terror aktı törədilməsindən 16 il ötür
10:36 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür