hemle

Birinci doza “Sinovac”dırsa, ikincisi fərqli ola bilər?

Tarix:3-05-2021, 16:59
Baxış Sayı:336

Məlum olduğu kimi, bu gündən Azərbaycanda COVID-19 infeksiyasına qarşı ikinci peyvəndin - “Vaxzevria”nın (“AstraZeneca” firmasının istehsalı) tətbiqinə başlanılıb. Bakı şəhəri ilə yanaşı 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq peyvənd ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə vurulacaq. Bununla paralel yanvar ayının 18-dən etibarən ölkədə həm də “Çinin “Sinovac” firmasının “Coronavac” vaksini tətbiq olunur.

Ölkədə hər iki vaksinin tətbiqi əhali arasında bəzi suallar yaradır. Birinci dozanı “Sinovac” peyvəndindən alan şəxslər ikinci dozada “AstraZeneca” ilə peyvənd oluna bilərmi?

“Qafqazinfo” bu suallara aydınlıq gətirmək üçün TƏBİB-lə əlaqə saxlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, vaksinləri qarışdırmaq olmaz: “Birinci doza hansı vaksin vurulubsa, ikinci doza da eyni vaksin vurulmalıdır”.

TƏBİB-dən həmçinin qeyd edilib ki, birinci və ikinci dozalar eyni miqdarda vurulur.

Xatırladaq ki, bu gündən tətbiqinə başlanılan “COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib. Buna qədər isə Azərbaycanla Çin arasında 5 milyon doza “Sinovac” firmasının “Coronavac” peyvəndinin gətirilməsilə bağlı müqavilə imzalanıb və vaksinin bir partiyası ölkəyə gətirilib. İndiyə qədər isə ölkədə hər iki dozada vaksin olunanların sayı 541 min 715 nəfərdir. Ölkə üzrə ümumilikdə 1 milyon 516 min 923 doza vaksin vurulub.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı