hemle

Bu şəxslər 3-cü doza vaksin vurdursunlar - TƏBİB-dən ÇAĞIRIŞ

Tarix:20-08-2021, 15:53
Baxış Sayı:288

Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya olunanların xəstəliyi ağır keçirməsinə səbəb onlarda yanaşı xroniki xəstəliklərin və ya onkoloji xəstəliklərin mövcudluğudur. Ümumiyyətlə immunitetin yaranması individual prosesdir. Peyvənd olunan xəstələr arasında baş verən ağırlaşmaların səbəbləri ciddi şəkildə araşdırılır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, bir sıra ölkələrdə 3-cü doza vaksinasiya təcrübəsi var: “3-cü doza peyvənd orqanizmin xəstəliyə qarşı əldə etdiyi immuniteti gücləndirir. Xüsusən yaşlı insanlar və tibb işçilərinin vaksinasiyanın ikinci mərhələsindən 6 ay vaxt keçdikdən sonra əlavə 1 doza da peyvənd vurdurmaları məsləhətdir”.

Y.Qarayeva, həmçinin deyib ki, Azərbaycanda infeksiyaya yoluxanlar arasında təkrar yoluxma faktı az hallarda qeydə alınır: “Təkrar yoluxmalar mütləq şəkildə qeydiyyata alınır”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir