hemle

Putindən Ərdoğanın “dünya beşdən böyükdür” açıqlamasına MÜNASİBƏT

Tarix:21-10-2021, 23:05
Baxış Sayı:237

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəşəriyyətin taleyinin hazırda İkinci Dünya Müharibəsini qazanan və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan məhdud saylı ölkələrdən asılı olduğu fikrinə münasibət bildirib.

Putin Valday Beynəlxalq Klubunun iclasının moderatorunun sualını cavablandırarkən Ərdoğanın bu cür açıqlamasının səbəblərini başa düşdüyünü söyləyib: "Görünür, o hesab edir ki, Türkiyə də Təhlükəsizlik Şurasının daimi üzvü ola bilər. Ancaq qərarı Rusiya vermir - bu cür məsələlərin həlli üçün qərar konsensus əsasında verilir.

Putin bir sıra ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri siyahısına daxil edilməsi məsələsinin qaldırılmasını ədalətli hesab etdiyini də söyləyib: "Burada fərqli həllər mümkündür".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir