Əvvəli 9-cu əsrdən başlayan zaman keçdikcə Azərbaycana qarşı daha kəskin düşmənçilik edən Çar Rusiyası artiq 300 ilə yaxındır ermənilərin əli ilə Azərbaycana qarşı bütün sahələrdə hücumlar təşkil edir. 1705-ci ildən başlayaraq müxtəlif illərdə Azərbaycana silahlı müharibə elan edib hər dəfəsində də məğlubiyyətlə geri çəkilən Çar Rusiyası 1718-ci ildə öz münasibətində yenilik etmək qərarını verdi. Həmin zamandan etibarən dünyanın hər yerində yaşayan ermənilərə böyük təzminat ödəyərək onları Azərbaycan ərazisində, əsasəndə Qarabağ və Qərbi Azərbaycan ərazilərinə köçürməyə başladı. Çar Rusiyası ermənilərə bu yerlərdə dövlət quracağı haqda yazılı təminat verdi. İranın və Rusiyanın birgə fəaliyyəti nəticəsində Türkmənçay, Kürəkçay müavilələri bağlandı Araz çayı boyunca Azərbaycan ikiyə bölündü. Şimal hissə Rusiyanın, Cənub hissə İranın əsarətinə düşdü. Azərbaycanın gələcəyinə qaranlıq kölgə isə Dağıstanın Azərbaycandan qoparılması oldu. Ermənilərin müxtəlif ölkələrdən Azərbaycana köçürülməsi ancaq 18-ci əsrin sonuna yaxın Rusiyanın nəzərdə tutduğu səviyyəyə yaxınlaşdıqdan sonra həmin ərazilərdə yaşayan Azərbaycan Türklərinin öz dogma, ata baba yurdlarından sürgün edilmsi işlərinə başlanıldı. Müxtəlif zamanlarda soyqırımlar, köçürmələr baş verdiyinə görə Qərbi Azərbaycan və Qarabağ ərazilərinə yerli xalq olan türklərin sayı kəskin şəkildə azalmağa başladı. 1905-ci ildən başlayaraq ermənilər Rusiyanın himayəsi ilə artıq kütləvi şəkildə Azərbaycan türklərinin üzərinə silahlı basqınlar təşkil etməyə başladılar. Kütləvi qırğınlar, təcavizlər nəticəsində yerli əhalinin sayı kəskin şəkildə azaldıldı. 1915-ci ildən isə türklərin öz yurdlarından köçürülməsi Çar Rusiyasının sərəncamları ilə baş verirdi. 1918-ci ildə Azərbaycan Demokartik Cumhuriyyəti elan edildikdən sonar türklərin köçürmsi dayandırldı. 1920-ci ildə Sovet hakimiyyəti, bolşeviklər Azərbaycan Demokratik Cumhuriyyətini işğal etdilər və həmin zaman bir gecədə təkcə Şamaxı qəzasında 30 min Azərbaycan türkü erməni və rus birləşmələri tərəfindən qətl edildi. Bir ay davam edən soyqırım hadisəsi zamanı 50 mindən çox soydaşımız qətlə yetirildi. Dövrümüzdə tapılan kütləvi məzarlıqlar buna sübutdur.
1948, 1952, 1956-ci illərdə və sonralar Azərbaycan türklləri öz qədim yurdları olan Qərbi Azərbaycandan kütləvi şəkildə köçürülərək Şimali Azərbaycan ərazilərində yerləşdirildilər. Bu gündə həmin insanlar məskunlaşdırıldıqları ərazilərdə yaşamaqdadırlar.
Sovet dönəmində dövlətin planlarına əsasən müxtəlif zamanlarda ermənilərin əli ilə Azərbaycan türklərinə qarşı hücumlar təşkil edilib. 1988-ci ildən özünün son mərhələsinə qədəm qoyan, hələdə davam edən Qarabağ uğrunda savaş Azərbaycan dövlətinə və xalqına çox böyük zərbələr vurdu. 1988-ci ilin fevral ayının 11 də Xankəndində Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi üçün mitinqlər başlayan ermənilər davamlı olaraq hücumlarında təşkil edilməsinə başladılar. Ağdamdan Xankəndinə, Şuşaya, Xocalıya getmək ciddi təhlükəyə çevrilmişdi. Hər gün hansısa soydaşımız ölür və ya yaralanırdı. Sovet dövlətinin cinayətkar məmurları erməniləri silahlandlırıb Azərbaycan türklərinin əllərində olan ov tüfənglərini belə adını qanun qoyub yığdılar. Hadislər o qədər surətlə inkişaf edirdi ki, artıq 1990-cı ildə ermənilər Sovet ordusunun təkibində Bakıya hücum edərək mülki əhalini güllədən keçirdilər. 1991-ci ildə Azərbaycanın daxilində elə bir qarışıqlıq yaratmışdılarki küçədə gəzmək belə təhlükəli idi. Bütün xalq ayağa qalxıb Qarabağın Azərbaycandan qoparılmasına qarşı mübarizə aparırdı. 70 il qanımızı soran Sovet Rusiyası isə bütün varlığı ilə Azərbaycana qarşı erməni maşasından istifadə edirdi. Rusiya dövlətinə güvənərək Azərbaycana istər xaricdən, istər daxildən müxtəlif səpgili hucumlar edən ermənilərin əlaltıları ölkə daxilində qarışıqlıqlar yaratmaqla bu günə qədər də Azərbaycan dövlətini məhv etməyə çalışırlar. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Rusiyanın ən çox hiddətinə səbəb olan isə Azərbaycan xalqının iradəsi ilə Sovet ordusunun son əsgərinin də Azərbaycan ərazisindən çıxarılması oldu. Azərbaycan sözün həqiqi mənasında öz müstəqilliyi yolunda qətiyyət göstərirdi. Azərbaycan Sovet məkanında Rusiya ordusunu ərazisindən tam çıxarmağa nail olmuş ilk ölkə idi. 1991-ci ilin sonundan başlayan müharibə 1992-ci ildə qanlı savaşa çevrildi. Çox saylı şəhidlərimizin olmasına baxmayaraq könüllülərdən qurulmuş ordumuz erməni və rus ordu birləşmələrinə qarşı güclü döyüş əməliyyatları apararaq qalibiyyəti təmin etmişdi. Lakin Rusiya bunun qarşısını almaq üçün hər bir vasitədən istifadə etdi. 1992-ci ildə Ermənistan ordusu tərəfindən Suriya, Livan, Amerika xüsusi xidmət orqanlarının cəsusları, İran, Rusiya və təbiiki Ermənistanın dişinə qədər silahlanmış orduisu ilə nizamsız, könüllülərdən ibarət Azərbaycan əsgərinin üstünə yeridi. Vətənimiz Qarabağ və ətraf rayonlar işğal edildi. Minlərlə soydaşımız şəhid oldu, girov götürüldü əsir alındı, Xocalıda Malıbəylidə, Quşçularda, Qaradğlıda və bütün Qarabağda Rusiyanın 366-cı motoatıcı alayının döyüşçülərinin terroru nəticəsində dəhşətli facilər, soyqqqırım hadisələri törədildi. Ermənistan və Rusiya tərəfindən əsir alınmış 4000 nəfər insanımızdan bu gündə xəbər yoxdur. Minlərlə insanımız şəhid oldu, bir milyon insanımız qaçqın və məcburi köçkünlük həyatına məhkum oldu. Hadislər elə dəhşətli vəziyyət aldıki məcburən 1994-cü ildə atəşkəs elan edildi. Lakin atəşkəs dövründə də uşaqlarda daxil olmaqla çoxsaylı soydaşımız qətlə yetirildi. Ermənistan etibar olunmayacaq xain bir dövlət, ermənilər isə nankorluqda tayı bərabəri olmayan bir millətdir.
30 il Azərbaycan müxtəlif əviyyələrdə hücumlara məruz qalaraq ordusunun mükəmməlləşməsi üçün böyük səbr göstərdi. Nəhayət 2020-ci ildə 27 sentyabr tarixində Azərbaycan öz ərazilərini terrorçulardan azad etmək üçün hərbi əməliyyatlar başlatdı. 44 gün davam edən Vətən müharibəsində 3000 şəhid verən Azərbaycan ordusu dünyanin gözü önündə çox ləyaqətli döyüş apararaq vətənimiz Qarabağı erməni və rus birləşmiş ordusunun işğalından azad etdi. Lakin bizim mübarizəmiz indi başqa müstəvidə davam edir. Azərbaycan həqiqətlərinin dünyada qəbul edilməsi üçün uzun illər mübarizə aparmalı olacağıq.
Təbriz sağ gözümdür, Dərbənd sol gözüm
İrəvan ürəyim Qarabağ baş tacım
Qarabağ uluTürkün yurdudur,
Qarabağ Azərbaycandır,
İrəvan qədim Türk vətənidir.
Qəbrbi Azərbaycan bizimdir!!!
MüharibəVeteranı Qadınlarına Sosial Yardım
İctimai Birliyinin sədri, qazi; Radə Abbas