hemle

İran və Azərbaycan münasibətlərinə real baxış: Körpü məsələsi..

Tarix:9-05-2020, 20:40
Baxış Sayı:758

(Birinci yazı)

Son günlər Azərbaycanın gündəmini məşğul edən və verilən acıqlamalara baxmayaraq vətəndaşlarımızın narahatcılığını tam ortadan qaldırmayan “İranın tikdirdiyi körpülər”” mövzusudur. Düzünü deyim bu mövzuya hərə bir baxış nöqtəsindən baxdığı ücün mən calışdım tam ədalətli bir nöqtədən baxım.. Bu baxışa nə hökümət, nə də müxalifət diqtəsi görməməyinizi sizdən xahiş edirəm.

İranın məhəbbətdən nifrətə cevrilən münasibətinin pərdəarxası

İran və Azərbaycan- rəsmilər dönə-dönə qeyd edirlər ki, bu iki ölkə arasında dostluq və qardaşlığa, ortaq dini, mədəni və tarixi bağlara əsaslanan əlaqələr gündən-günə inkişaf edir, əbədidir və hazırda ən yüksək səviyyədədir. Amma xalq olaraq bunun tam əksini qeyri rəsmi şəkildə görməkdəyik. Məsələnin kökünə varmaq ücün bir balaca tarixi geri cevirək.

Ötən il İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdi. O iddia etdi ki, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra İran ölkənin şimalını (Azərbaycan Respublikasının hazırkı ərazisini nəzərdə tutur) itirib. Ruhani bəyan etmişdi ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar.. Ruhaninin bu fikirləri həm Güney, həm də Quzey Azərbaycanda etirazla qarşılandı.
Azərbaycan hökümətindən “nota- etiraz” cavabı almayan Ruhani həmin vaxtlarda Oqtay Əsədovu qəbul edir və onun yanında deyir ki, Dağlıq Qarabağ münaqişəsi xalqların öz hüquqlarını qoruması çərçivəsində həll olunmalıdır. Sizcə, məsələyə bu şəkildə yanaşma məhz Ermənistana sərf etmirmi?.
Əgər İran Azərbaycana “dostluq və qardaşlığa, ortaq dini, mədəni və tarixi bağlara” görə hörmət qoysaydı və yaxud Azərbaycan tərəfindən İrana qarşı ləyaqətli cavab verilsəydi, İran bəzi məsələləri müəyyən qədər nəzərə alardı.
Xatırlatma: 2009-cu ildə İran 300 milyon dollar vəsait ayırdı ki, Ermənistan Mehri SES-i tiksin. O zamanlar ABŞ-ın İrana sanksiyaları da qüvvədə idi. Buna görə erməni bankları İranın hədiyyə etdiyi 300 milyon dolları götürə bilmədilər. O zaman Mahmud Əhmədinejad bildirdi ki, pulu kisə ilə göndərəcək.
Mövcud vəziyyətdə İrana qarşı sanksiyalar çətinləşsə də İran indi də bildirir ki,Şimal-Cənub dəmir yolu dəhlizini Ermənistanın ərazisindən keçirəcək.

Axı İran niyə bizə bu qədər qəzəblidir?

1981-ci ilin noyabrında İran Məclis sədri Haşimi-Rəfsəncani, Azərbaycanın SSRİ-dən ayrılacağı təqdirdə müstəqilliyini rəsmi olaraq tanıyacaqlarını söyləmişdi. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.Bundan cəmi 2 ay sonra İran – (25 dekabr 1991) bu müstəqilliyi rəsmi şəkildə tanıdı. Cünki, Azərbaycan nə qədər ki Rusiyanın əhatə dairəsindən uzaq olsa bu İrana daha cox sərf edəcəkdi.Ərazicə kicik, əsarətdən yenicə cıxmış Azərbaycanda arzu və istəklərini daha tez qoparacağını umurdu.
Amma 1990-cı illərdə hakimiyyətə gələn Azərbaycan Xalq Cəbhəsi İrana qarşı aqressiv mövqe sərgilədi. Bunun əsas səbəbi isə AXC-nin türkçü olması idi. Buna görə də Türkiyəyə meyllilik özünü açıq-aşkar göstərdi. O dövrdə AXC funksionerləri İranı şovinistlikdə təqsirləndirdi. Yəni İran- Azərbaycan yaxınlaşması alınmadı.
İranın Azərbaycana “yardımı” və “sevgisi”
Yenə yadınıza salım: 1992-ci il Azərbaycan üçün hərbi uğursuzluqlarla başladı. Xocalı qətliamı nəticəsində müxalifətin təzyiqi ilə Ayaz Mütəllibov istefa verdi. Onu bu vəzifədə Azərbaycan Ali Sovetinin sədri Yaqub Məmmədov əvəzlədi. Yaqub Məmmədov da, Ayaz Mütəllibov kimi Dağlıq Qarabağ məsələsində Rusiya meylli siyasət tərəfdarı idi. 1992-ci ilin martında İran, şimal sərhədlərində sülh və əmin-amanlıqda maraqlı olan bir ölkə olaraq vasitəçilik təşəbbüsünə əl atdı. İran, Ermənistan və Azərbaycan nümayəndə heyətini Tehranda münaqişənin həlli ilə bağlı bəyannamə imzalamağa dəvət etdi. Azərbaycan prezidenti vəzifəsini icra edən Yaqub Məmmədov bu təklifə müsbət münasibət bildirərək may ayında Tehrana səfər etdi. Mayın 9-da erməni silahlı qüvvələri azərbaycanlıların kompakt yaşadığı hərbi strateji əhəmiyyətə malik şəhər olan Şuşanı işğal etdilər.Bu İranın bizə “böyük yardımı” oldu.
1992-ci ildə İran Qarabağ münaqişəsində vasitəçiliklə məşğul olmaq istədi və Azərbaycan bununla razılaşdı. Halbuki buna görə Azərbaycan cəzalandırıldı və Şuşa işğal olundu. İran sonradan Azərbaycanı müdafiə etmək əvəzinə vasitəçilik missiyasına ləkə salan dövlətlərlə isti münasibət qurdu. Daha sonra İran, Qubadlı və Cəbrayılın işğalından sonra blokada vəziyyətində qalan Zəngilan əhalisinə Araz çayı vasitəsi ilə xilas olmaq imkanı yaratdı və birdə Qacqınlar ücün salınmış cadır şəhərciklərinə ərzaq yardımları daşıdılar. Amma ermənilərə silah göndərmək kimi missiyalarını ictimaiyyətdən gizlətdilər.
Sizcə, əsas məsələ bu ola bilərmi?

Bəlkə də də bir coxunuzun yadında olar. 1930-cu illərdə SSRİ ilə İran arasında əldə edilən anlaşmaya görə, Xəzər göl kimi bölünmüşdü və İran Xəzərdə 13 faiz, yəni təxminən 48 min kvadrat kilometr paya malik idi. Həmin vaxt İranın həm də Xəzərdə hərbi gəmi saxlamağa icazəsi yox idi. İndi SSRİ yoxdur və İran Sovet İttifaqının varisi Rusiyanın məsələlərə göz yumması hesabına əlavə olaraq 27 min kvadrat kilometr ərazi istəyində idi. Qazaxıstan, Rusiya və Azərbaycan arasında Xəzər sərhədlərinin delimitasiyası ilə bağlı 2003-cü ildə bağlanmış sazişlər nəzərə alındıqda, İranın iddia etdiyi artıq ərazinin yarısını Azərbaycandan qoparmaq istədiyini anlamaq olar. Çünki Qazaxıstan, Rusiya və Azərbaycan öz dəniz ərazilərini orta xətt üzrə bölüblər. Bu cür bölgüyə əsasən ən böyük ərazi Qazaxıstanın payına düşür. Türkmənistan, Rusiya və Azərbaycan təxminə 20 faiz, İran isə 13 faiz pay ala bilir. Düzdür Farsdilli mediada İran və Sovet İttifaqi arasındakı anlaşmalarda hər iki ölkənin Xəzərdə 50 faiz hüquq sahibi olduğu irəli sürülsədə, hazırda Xəzər sahillərinin 14 faizi İrana məxsusdur..(2018 -ci il 13 avqust. Xəzər dənizinin hüquqi statusu üquqi statusu haqqında Konvensiya razılaşması ) “50 faiz Xəzər” arzusu gözündə qalan İran Azərbaycandan 13,5 min kvadrat kilometr sualtı ərazi qoparmaq istəyir ki, bu, Ermənistanın Qarabağda işğal etdiyi Azərbaycan torpaqları qədərdir. Yəni İran Xəzərdə Azərbaycan üçün İkinici Qarabağ işğalı planlaşdırır. 2018-ci ildə Xəzər dənizinin statusunun müəyyənləşməsinə dair Aktau Konvensiyasının imzalanmasına baxmayaraq, Azərbaycan bu gün də İranla su sərhədlərində yerləşən Araz-Alov-Şərq neft yataqları kompleksindən istifadə edə bilmir. Buna səbəb həmin yataqlara İranın da iddia etməsidir. Hətta 2001-ci ildə Azərbaycanın prezidenti Heydər Əliyevin Tehrana rəsmi səfəri zamanı İranın sabiq dövlət başçısı Məhəmməd Xatəmi Xəzər dənizini Mazandaran gölü adlandırmışdı. Lakin Heydər Əliyev buna cavab olaraq həmin ərazinin tarixən Xəzər dənizi adlandığını bildirib. 2001-2002-ci illərdə İrana məxsus hərbi təyyarələri tez-tez Azərbaycanın hava sərhədlərini pozur, gəmilərdən isə Araz-Alov-Şərq yataqlarına yaxınlaşan neftçiləri atəşə tutulurdu. Yalnız 2002-ci ildə Türkiyə hərbi hava qüvvələrinə məxsus F-17 qırıcılarının dəstək məqsədilə Azərbaycanın səmasında uçuş keçirməsindən sonra İran avantürist hərəkətlərini dayandırmalı oldu.

Əntiqə Rəşid
(Davamı var)

Digər xəbərlər
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
09:15 Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq