hemle

SON DƏQİQƏ: Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI - ŞƏHİDİMİZ VAR

Tarix:14-10-2021, 20:51
Baxış Sayı:251

hemlemedia.az sayt; x'b't verirki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

Müdafiə nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilmişdir.
Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir.

Digər xəbərlər
09:05 Vətən müharibəsinin 32-ci günü: Zəngilan, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edilir
09:01 Dünya səyyahlarının Xudafərin körpüsünə səfəri başladı
08:36 Ermənistan hərbi cinayətkarları ədalət məhkəməsinə verməlidir - Hikmət Hacıyev
08:34 Bu şəxslər 60 manat cərimələnəcək
08:32 Hakerlərin əli kosmik peyklərə də çatdı - Xüsusi təhlükə ELAN EDİLDİ
08:30 Zurabişvili seçkilərin nəticələrini tanımaqdan İMTİNA ETDİ
08:27 Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞDİ - VİDEO
08:24 Dünyanın ən güclü orduları - Siyahıda Azərbaycan da var