hemle

Allahşükür Paşazadə fəxri professor oldu - FOTO

Tarix:8-10-2021, 09:14
Baxış Sayı:241

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Nur-Sultan şəhərinə səfəri çərçivəsində Lev Qumilyov adına Avrasiya Milli Universitetində tələbə-müəllim heyəti ilə görüşüb.

hemlemedia.az xəbər verir ki, universitetin muzeyi ilə tanış olan Şeyxülislam A.Paşazadə xatirə kitabına ürək sözlərini yazıb.

Universitetin muzeyi ilə tanışlığın onda yüksək təəssürat oyatdığını söyləyən A.Paşazadə bildirib ki, ən vacib vəzifələri ortaq dini dəyəeləri qorumaqdır:

"Biz hamımız haqlı olaraq ortaq tariximizlə fəxr edə bilərik. Eyni zamanda, bizi bir-birimizə bağlayan kökləri heç vaxt unutmuruq. Bizim ən vacib vəzifəmiz ortaq dinimizi və dəyərlərimizi qorumaq, gələcək nəsillərə çatdırmaqdır.

Türkdilli dövlətlər arasında birliyin möhkəmləndiyini söyləyən A.Paşazadə buna misal olaraq 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəkdən danışıb. Qazaxıstanın da qardaşlıq dəstəyi bizim üçün çox vacib idi".

Tədbirdə çıxış edən rektor Yerlan Sıdıkov Avrasiya Milli Universitetinin Elmi Şurasının qərarı ilə Şeyxülislam A.Paşazadənin bu nüfuzlu elm ocağının Fəxri professoru adına layiq görüldüyünü bildirib və ona diplomu təqdim edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir