hemle

"Belə məlumatları sosial şəbəkədə yerləşdirməyin" - XƏBƏRDARLIQ

Tarix:5-10-2021, 19:34
Baxış Sayı:245

Dünən axşam saatlarından "Facebook" və "Instagram" sosial şəbəkələrinin, eləcə də "WhatsApp" tətbiqinin fəaliyyətində problemlər yaranmışdı. Bu da sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub."Facebook" yaydığı məlumatda bildirir ki, problem "Facebook" sosial şəbəkəsinin serverlərdə baş verən yalnışlıq nəticəsində baş verib.

Bununla bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama verib. Onun sözlərinə görə, "Facebook" yaydığı rəsmi məlumatda şəbəkə istifadəçilərinin hər hansı məlumatının oğurlanmasını təkzib edib: "Belə görünür ki, "Facebook"-un DNS sistemində xətalar olub.Buna görə də "Facebook" çöküb, bu qlobal problem olub.

Sosial şəbəkə istifadəçilərimiz açıqlanması təhlükə yarada biləcək, məlumatları sosial şəbəkədə yerləşdirməsinlər. Bunu istifadəçilər nəzərə alsınlar. Düşünürəm ki, baş verənlərdən dünya ictimaiyyəti, şəbəkə istifadəçiləri dərs götürməlidirlər. "Facebook", "Insatgram", "Whatsapp","Twitter", "Amazon", "Apple" kimi şirkətlər nəhəng bir resursa çevrilib. Bu şirkətlər rəqabəti pozacaq, müəyyən inhisarçı durum yaradacaq səviyyədədir. Dünyada böyük qurumlar, biznes, informasiya mühüti bu qurumlardan aslı vəziyyətə düşüb. Baş verən hadisələr yeni bir çağırışlar müəyyən edir".

O.Gündüz qeyd edib ki, ötən il bu cür qurumların bölünməsi gündəmdə idi: "Bu şirkətlər dünya iqtisadiyyatı üçün böyük risklər yaradıb. Bu risklər də hər gün artır. Dünən baş verən hadisələr göstərir ki, belə risklər hər gün ola bilər. İnternet istifadəçiləri, qlobal təşkilatlar bununla bağlı tədbir görülməsini tələb etməlidir.

Bu sosial şəbəkələrə yanaşı alternativ şəbəkələr də var. Onlar dünən normal işləyirdi. Bu o demək deyil ki, Telegram kimi sosial şəbəkələr Facebookdan daha təhlukəsizdir. Hərəsinin öz problemi var."

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir