hemle

Qazaxıstanda XVII Avrasiya Media Forumu başlayıb

Tarix:15-09-2021, 20:20
Baxış Sayı:240

Sentyabrın 15-də Qazaxıstanın paytaxtı Nur-Sultanda “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu başlayıb.

Medianın İnkişafı Agentliyindən verilən məlumata görə, onlayn formatda keçirilən forum dünya və yerli mətbuat nümayəndələrini, beynəlxalq ekspertləri, siyasətçiləri, elm adamlarını, ictimai və mədəniyyət xadimlərini bir araya gətirib.

Bu il forumda ölkəmizi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun baş məsləhətçisi Kamran Həsənov, Rəqəmsal media ilə iş sektorunun baş məsləhətçisi Orxan Səttərov təmsil edirlər.
Birillik fasilədən sonra keçirilən Avrasiya Media Forumun proqramının ilk günü dünyanın aparıcı mütəxəssislərinin praktiki ustad dərslərinə həsr olunub. Tədbir çərçivəsində “Türkdilli ölkələrin kütləvi informasiya vasitələri. Yeni reallıqda əməkdaşlığın inkişafı” adlı dəyirmi masa təşkil edilib.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ