hemle

Ceyhun Bayramov diplomatlarla müşavirə keçirdi

Tarix:9-09-2021, 20:10
Baxış Sayı:252

9 sentyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi və nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-in aidiyyəti struktur bölmələrinin və diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, müşavirənin əsas məqsədi cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərdə ölkəmizin səmərəli iştirakının təmin olunması ilə bağlı müzakirələrin aparılmasından ibarət olub.

Nazir Ceyhun Bayramov sentyabr ayından etibarən bir sıra beynəlxalq təşkilatlarda tədbirlərin keçiriləcəyini və bu xüsusda payız aylarının XİN-in təqvimində önəmli yer tutduğunu qeyd edib. Nazir ölkəmizin sözügedən tədbirlərdə layiqincə təmsil olunması, lazımı səviyyədə və fəal şəkildə iştirakın təmin olunmasının əhəmiyyətini, habelə bu məqsədlərə nail olmaq üçün müvafiq əlaqələndirmə işlərinin gücləndirilməsi və bütün imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

Müşavirə zamanı ölkəmizin beynəlxalq təşkilatlar yanında diplomatik nümayəndəliklərinin rəhbərləri çıxış edib və qarşıdan gələn tədbirlər, həyata keçirilən hazırlıq işləri, bu xüsusda irəli sürdükləri təklifləri səsləndiriblər.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir