hemle

Ceyhun Bayramov Türkmənistana təşəkkür edib

Tarix:29-01-2021, 20:48
Baxış Sayı:323

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Sülh və Etimad İlinin açılış mərasiminə həsr edilmiş videokonfrans formatında keçirilən tədbirdə Qoşulmama Hərəkatının (QH) üzv ölkələri adından bəyanatla çıxış edib.

Nazir çıxışında bu mühüm təşəbbüsə görə Türkmənistan tərəfinə təşəkkürünü bildirən nazir, bu xüsusda BMT Baş Assambleyasının 73/338 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin qəbul edilməsini alqışlayıb.

Beynəlxalq sülhün təşviqi və dəstəklənməsinin QH üçün ən vacib məsələ olduğu, o cümlədən 2019-cu ilin oktyabrında Bakıda keçirilən 18-ci Zirvə görüşündə, hərəkata üzv dövlətlərin dövlət və hökumət başçılarının sülhün və təhlükəsizliyin, qanunun aliliyinin, iqtisadi inkişaf və sosial tərəqqinin, həmçinin bütün insan hüquqlarının qorunması və təşviqində əvəzolunmaz olan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin etibarlılığını bir daha təsdiq etdikləri vurğulanıb.

Nazir Ceyhun Bayramov QH üzv dövlətlərinin, dialoq, dözümlülük, qarşılıqlı hörmət, anlaşma və barışığın təşviqinə regional və beynəlxalq səviyyədə töhfə verməyin, radikalizmə, ekstremizmə və nifrət nitqinə qarşı mübarizə aparmağın vacibliyini bir daha təsdiq etdiklərini qeyd edib. Bu xüsusda, BMT Baş Assambleyasının dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayan 74/23 saylı qətnaməsinin qəbul edilməsini və onun sosial birliyin, sülhün və inkişafın, eləcə də fərdlər, cəmiyyətlər və millətlər arasında dözümlülük və hörmət mədəniyyətinin təşviqinə verdiyi dəyərli töhfənin QH tərəfindən alqışlandığı qeyd olunub.

QH-nin millətlərimizin və bütövlükdə bəşəriyyətin mənafelərinin təmin edilməsi üçün əvəzsiz olan BMT-nin və çoxtərəfli proseslərin gücləndirilməsi yolu ilə çoxqütblü bir dünya naminə çalışmaq əzmi ifadə olunub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir