hemle

Həkim şəhid atasının qarnında tampon unutdu, “xərçəngdir” dedilər - Video

Tarix:6-09-2021, 23:15
Baxış Sayı:266

Şirvanda əməliyyat zamanı həkim tamponu xəstənin qarnında unudub.

hemlemedia.az ATV-yə istinadən xəbər verir ki, səkkiz ay bu səbəbdən ağrı-acı çəkən şəxsə sonradan xərçəng diaqnozu da qoyulub.

Ruh düşkünlüyünə uğrayan şəxs evə gələrək vəsiyyət edib.

65 yaşlı Alim Səməd oğlu Zülfüqarov səkkiz ay əvvəl əməliyyat olunub. Həkimin onun qarnında unutduğu tamponun uzunluğu isə 92 santimetrdir.

“Bir-iki ay özümü yaxşı hiss elədim. Narahatlığım vardı, dedi, olan şeylərdir. Sonradan dedilər, şiş görünür. Gələrsən, götürərik, sonra kimyaterapiya qəbul edərsən. Gəldim, uşaqlarıma vəsiyyət elədim”, - A.Zülfüqarov bildirib.

Alim Zülfüqarovun ağrılarının artdığını görən yaxınları ona başqa xəstəxanada müayinə olunmağı məsləhət görüblər. O, bundan sonra Bakıya gəlib. Burada əməliyyat olunan Şirvan sakininin qarnından səkkiz ay əvvəl unudulmuş tampon çıxıb.

Həkim səhlənkarlığı həm də ailəyə maddi ziyan vurub. Onun fəsadlarının aradan qaldırılması üçün onlar 10 min manatlarından keçiblər.

Məsələ ilə bağlı rayon prokurorluğuna müraciət olunub. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Alim Zülfüqarlı Vətən müharibəsində şəhid olan XTQ zabiti Zeynal Zülfüqarlının atasıdır.

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan