hemle

Daha bir xəstəxanada vəzifəli şəxs saxlanıldı - RƏSMİ

Tarix:23-04-2021, 18:14
Baxış Sayı:300

Sabirabad rayonunda COVID-19 virusuna yoluxan xəstənin qohumundan rüşvət alan şöbə müdiri saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
10:44 Çay paketlərindəki təhlükə: Kif və bakteriya riski...
10:40 ChatGPT-yə “Dünyanı necə ələ keçirərsən?” sualı verildi: Tükürpədən cavab!
10:36 Pensiyalar 2 günə veriləcək - RƏSMİ
10:33 Onların pensiya yaşı 20 ilədək AZALDILIR - DSMF AÇIQLADI
10:17 Uzunömürlülüyün sirri: Ürək sağlamlığı üçün həftədə optimal yumurta sayı açıqlandı
10:08 Azərbaycanda borcu olan bu şəxslərə SMS göndəriləcək
10:04 Ağdaban qətliamından 33 il ötür
09:44 ÜST rəhbərindən qorxunc PROQNOZ: Yeni pandemiya gəlir?