hemle

"Yalnız qızım öləndən sonra işi bir-birinin üstünə atdılar" - GİLEY

Tarix:3-09-2021, 08:30
Baxış Sayı:319

Ötən il şantaj edildiyi üçün intihar edən müəllim Naidə İsayevanın atası Namik İsayev cinayət işinin araşdırılmadığını iddia edir.

N. İsayev “Qafqazinfo”ya müraciətində bildirib ki, 2020-ci ilin may ayından etibarən qızı Naidə İsayevanın müəllim işlədiyi məktəbdə dərs zamanı çəkilmiş foto və videoları, telefon nömrələri sosial şəbəkələrdə paylaşılıb: “Əxlaqsız sözlərlə qızımı şantaj ediblər. Hətta həmin şəxs həyat yoldaşım və oğlumun telefon nömrələrini də yaymaqdan çəkinməyib.

Qızım dövlət orqanları tərəfindən işə lazımi qaydada baxılmamasından, onu biabır edən şəxsin davamlı təhqiramiz hərəkətlərindən bezərək ötən il sentyabrın 16-da özünü binadan ataraq intihar edib.

"Yalnız qızım öləndən sonra işi bir-birinin üstünə atdılar" - GİLEY

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma başlanılsa da, bu günədək qızımın intiharına səbəb olan şəxs tapılmayıb. Həmin şəxsin istifadə etdiyi profillər istintaqa təqdim olunub. İstintaqı həyata keçirən prokuror Fəhmin Həsənov isə işə xitam veriləcəyini deyir”.

Şikayətçi qeyd edib ki, qızı tərəfindən vaxtilə Bakı Şəhər Baş Polis İdarəsinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Suraxanı Rayon Polis İdarəsinə müraciətlər olunsa da, heç bir faydası olmayıb:

“Yalnız qızım öləndən sonra işi bir-birinin üstünə atdılar. Nərimanov Rayon Prokurorluğu dindirilməli olan şəxsləri işə cəlb etmir. Gah bizi hədələyirlər, gah da “narahat olmayın” deyərək araşdırmadan yayınırlar. Qızımın ölümünə səbəbkar olan həmin şəxsin tapılmasını, cəza almasını istəyirəm”.

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Naidə İsayevanın intihar etməsi faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb: “İş üzrə ekspertizalar təyin edilib, çoxsaylı şahid ifadələri alınıb, əməliyyat tapşırıqları, həmçinin müvafiq sorğular verilib. Hazırda istintaq davam edir. İş üzrə istintaqın hərtərəfli, tam və obyektiv aparılması, həmçinin qanuni qərarın qəbul edilməsi təmin ediləcək”.

Qeyd edək ki, şikayətçi Namik İsayev Qarabağ qazisi olduğunu, 1993-1995-ci illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərək yaralandığını bildirib.

Digər xəbərlər
09:45 Havanın temperaturu 29 dərəcəyədək yüksələcək
09:41 Ərdoğan: "Türkiyə-Pakistan əməkdaşlığı bölgədə sülhə mühüm töhfə verir"
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər