hemle

20 yaşlı sevgililərin faciəvi sonu

Tarix:20-05-2021, 09:47
Baxış Sayı:281

Şəki rayonunda bir neçə gün öncə intihar edən 20 yaşlı Gülər Mehdiyevanı (şərti) şantaj etməkdə təqsirli bilinən sevgilisi İ. M. həbs edilib.

Hadisə rayonun kəndlərindən birində baş verib. Gülər və həmkəndlisi, 2001-ci il təvəllüdlü İ. M.-lə bir müddət sevgili olublar və həmin zaman qız özünün şəxsi fotolarını mesaj vasitəsilə sevgilisinə göndərib. Müəyyən vaxtdan sonra isə Gülər 20 yaşlı sevgilisindən ayrılmaq istəyib.

İ. M. isə ayrılacağı təqdirdə qızı həmin fotolarını yaymaqla şantaj edib. Gülər bu təhdidlərə dözməyərək özünü öldürəcəyini bildirib. Sevgilisi ona “get, öldür” tərzində cavab verib.

Bütün bunlardan və şantajdan sonra G.Mehdiyeva mayın 12-də yaşadıqları evin həyətində özünü ağacdan asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı onu sevgilisi İ. M.-ın şantaj edərək intihar etməsinə səbəb olduğu məlum olub.

İ. M. saxlanılaraq ifadəsi alınıb və dünən, mayın 18-də istintaqın təqdimatı ilə Şəki rayon məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib, o, istintaq təcridxanasına göndərilib.

Oxumağa dəyər: Gömrük əməkdaşları haqda qərar verildi - Həbs səbəbi bəlli oldu
Faktla bağlı araşdırma davam etdirilir.

İstinadlar

Digər xəbərlər
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...
10:11 Məktəblərdə payız tətilindən sonra dərslər başladı