hemle

"Qaytarmasalar gedib onu azad etməlidirlər, Ağdərə öz ərazimizdir"

Tarix:27-08-2021, 14:27
Baxış Sayı:253

“Biz torpaqlarımızda təxribat törədən erməni terrorçularını buraxdıq. Yalançı bir xəritəyə görə onları azad etdik. Hansı ki, ermənilərin bizə verdiyi xəritələr yalandır”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.

Azərbaycan hərbçisinin Rusiya sülhməramlılarının nəzarətində olduğu Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülməsinə münasibət bildirən deputat yaranmış vəziyyətin başadüşülən olmadığını söyləyib:

“Bizim müddətdən artıq xidmət edən MAXE-miz Gəncədəki xəstəxanadan çıxıb Ağdərəyə gedib. Ora necə gedib, bunu bilmirik, haqqında dəqiq bir məlumat yoxdur. Ağdərə Azərbaycan ərazisidir, yaxşı eləyib gedib, insandır da. Hər gün mətbuatdan oxuyuruq ki, kimsə azad olunmuş ərazilərə qanunsuz gedib. Həmin şəxsə neçə sutka iş verirlər. O da Ağdərəyə gedib. Hərbçimizi orada qandallayıb, barəsində cinayət işi qaldırıblar. Ən dəhşətlisi odur ki, onların qondarma Milli Təhlükəsizlik Xidməti deyir ki, həmin hərbçi guya “Arsax”ın sərhəddini keçib. “Arsax”ın sərhəddi var? Bu nə deməkdir?

Rus sülhməramlıları hələ də susur. Onlar nə işə yarayırlar. Ən pisi budur, Müdafiə Nazirliyi deyir ki, onun haqqında cinayət işi qaldırmışıq. Nəyə görə cinayət işi açılır? Xəstəxananı öz başına tərketməyə görə cinayət işi açılır? Yaxud da Azərbaycanın hansısa bölgəsinə gedənlərə cinayət işi qaldırırlar?

Bundan başqa, rus sülhməramlılarının qarşısında ciddi məsələlər qoyulmalıdır, ultimatium verilməlidir. Ya işinizi görün, ya da çıxın gedin”.

Deputatın fikrincə, Azərbaycan hərbçinin geri qaytarılmasını tələb etməlidir:

“Qaytarmasalar gedib onu azad etməlidirlər, Ağdərə öz ərazimizdir. Saxlanılan şəxs bizim vətəndaşımızdır. Müdafiə Nazirliyi belə çıxış etməli deyil ki, onun haqqında cinayət işi qaldırmışıq, ayıbdır, vallah ayıbdır”.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ