hemle

“İki doza peyvənd olunanlar arasında ölüm halına təsadüf edilməyib”

Tarix:20-08-2021, 10:42
Baxış Sayı:319

Əhali arasında koronavirusa yoluxma və ölüm hallarının artması narahatlıq yaradır. Eyni zamanda, bu vəziyyət insanlar arasında müxtəlif fikirlərin yaranmasına da gətirib çıxarıb. Son aylardakı azalmadan sonra ötən gün koronavirusdan ölüm hallarının artıq 23-ə çatması həmin şəxslərin peyvənd olunub-olunmaması haqda suallar yaradır.

Bundan əlavə, ümumilikdə birinci və ikinci doza peyvənd qəbul edənlərin sayının birlikdə 5 milyon olduğunu nəzərə aldıqda, vaksinasiyasının nə dərəcədə effektiv olub-olmadığı sual doğuran məsələlərdəndir.

“Qafqazinfo” bu məsələlərlə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun fikirlərini öyrənib. O xatırladıb ki, son günlər koronavirus infeksiyasına yoluxma sayı kəskin artır: “Yoluxma sayının artımına səbəblər karantin qaydalarının yumşalması ilə əlaqədar insanların təmaslarının artması, fərdi qoruyucu qaydalara ciddi əməl olunmaması, dövriyyəyə daha çox yoluxuculuq qabiliyyəti olan delta ştamının daxil olmasıdır. Xatırlatmaq istərdim ki, insan iki doza peyvənd vurulduqdan iki həftə sonra infeksiyadan qoruyuculuq əldə edir. Hazırda ölkə əhalisinin yalnız 24%-i tam, yəni 2 doza peyvənd alıb və mümkün qədər qorunur.

Onu da qeyd etmək lazımdır ki, peyvəndlər yoluxmadan 100% qorumur. Beləliklə, hazırda ölkə əhalisinin böyük hissəsi infeksiyaya həssasdır və müşahidələr göstərir ki, yoluxanların böyük əksəriyyətini məhz belə şəxslər təşkil edir. İki doza peyvənd olunanlar arasında az sayda xəstələnənlər olsa da, onlarda bir qayda olaraq xəstəlik yüngül keçir, lakin istisnalar da ola bilər, ölüm hallarına isə təsadüf edilməyib. Yoluxma hallarının artmaması üçün bütün əhalinin təxminən 70-80%-i tam peyvənd olunmalıdır. Yalnız bu halda epidemioloji zəncir qırıla bilər”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir