SSRİ-nin dağılması özü ilə bərabər ona daxil olan xalqlar üçün çox böyük fəlakətlər gətirdi. Məhz bunun nəticəsidir ki, SSRİ coğrafiyasının hər yerində uzun illərdən bəri qarşısı alınmayan qan axması davam edir. Uzun illərdir ki, sülh göyərçini bütöv Qafqazdan, o cümlədən Azərbaycanda perikib, uzaqlara gedib. Buna görə də Qafqazın eləcə də Azərbaycanın sülh göyərçininə çox ehtiyacı var. Azərbaycanın tarixi torpaqları 30 ildir ki, dünyanın aparıcı beynəlxalq təşkilatlarının gözü qarşısında Ermənistanın işğalı altında qalmışdır.
BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olmasını beynəlxalq təşkilat olaraq sənədləşdirmişdir. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi haqqında 4 qətnamə qəbul etməsinə baxmayaraq qərarını yerinə yetirə bilməmşdir. Əsas missiyası Azərbaycanın Ermənistan tərəfindən işğal olunan torpaqlarını azad etmək olan ATƏT Minsk Qrupu da tarixi missiyasını yerinə yetirə bilmədi. 2020-ci ilin 27 sentyabrından başlayaraq Azərbaycan Ermənistana qarşı Vətən müharibəsinə başladı və qalib gələrək torpaqlarını azad etdi. Azərbaycan respublikasının işğalçı Ermənistana qarşı azadlıq mübarizəsi dünya dövlətlərinin fərqli münasibəti ilə qarşılandı. Qardaş Türkiyə respublikası ilk gündən yanımızda yer aldı. Pakistan da dəstəklədi. İzrail –Azərbaycan əlaqələri özünü təsdiq etdi. Türk respublikalırının çoxu uğurlarımızı təbrik etdilər.
Burada əsas məsələ Azərbaycanın Vətən müharibəsinin qələbə ilə nəticələnməsi və regionda Rusiya amilidir. Hadisələr göstərdi ki, qalib gəldiyimiz Vətən müharibəsinin yekunlaşması dönəmində Rusiya proseslərdə yaxından iştirak etdi. Bütün müharibələrdə müqavilənin imzalanmasında vasitəçiyə ehtiyac vardır. Nəticə bundan ibarət oldu ki, Azərbaycanın qələbəsini və Ermənistanın kapitülyasiyasını dünyaya bəyan edən Moskva nüqaviləsinin imzalanmasın da Rusiya da yer aldı.
Müqavilənin imzalanmasında vasitəçi və tərəf olaraq Rusiya iştirak etdi. Tarixi hadisılərə, xüsusi ilə də regionda baş verən hadisələrə və yaranmış reallıqlara realist yanaşmaq lazımdır. Tarixi hadisələrin gedişi Rusiyanın Azərbaycan Ermənistan münasibətlərinin tənzim olunmasında iştirakını təmin etmişdir. Azərbaycan-Ermənistan münasibətlərinin nəticəsi olan həlledici 10 noyabr 2020-ci il müqaviləsində olduğu kimi, 11 yanvar 2021-ci il müqaviləsində də Rusiya vardır. Müqavilələr imzalandıqdan sonra da Rusiya müxtəlif formada Azərbaycan Ermənistan münasibətlərində iştirak etməkdə davam edir. Buna görə də rəsmi Bakı Rusiya ilə olan əlaqələrin inkişafına son hadisələrdə-Qalibiyyətli Vətən müharibəsi dövründəki proseslərdə içtirakçılıq əmsalına görə xüsusi əhəmiyyət verir.
Bu səbəblə də Azərbaycan respublikası Ermənistanın kapitülyasiyasından keçən 10 aydan artıq bir müddətdə münasibətlərdə yaranan, əksər halda ermənilər tərəfindən yaradılan problemləri birlikdə həll etməyə çalışırlar. Son ayda Azərbaycan Prezidenti İlham Əliyev Rusiya rəhbəri Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib. Liderlərin görüşü zamanı ölkələr arasında olan çoxsahəli əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
Ermənistanın müqavilədən sonrakı təxribatları hər şeydən əvvəl onun xarici havadarlarının diktəsi əsasında baş tutur və ya bu təxribatlar eyni zamanda Rusiya sülhməramlılarına qarşı atılan bir addımdır: “Azərbaycanın bu məsələdə mövqeyi qətiyyətlidir. Ermənistanla heç bir danışıqlardan söhbət gedə bilməz. Azərbaycan bu problemi həll edib. Belə olan halda nəyə görə bu məsələdə israr edirlər? Onlar hesab edə bilərlər ki, regionda Rusiya sülhməramlıları varsa, burada “geostrateji plüralizm” dediyimiz o balansın olması üçün Amerika da bir şəkildə bu proseslərdə iştirak etməlidir. Fransanın mövqeyinə gəldikdə, biz 44 günlük Vətən Müharibəsində də onların necə aqressiv davrandığını və bitərəf qala bilmədiyini gördük”. Ona görə də Azərbaycan qalibiyyətli Vətən müharibəsi ilə tamam ilə yeni bir reallıq yaratmışdır. Süveren respublika olaraq azad etdiyi ərazilər də daxil olmaqla tam nəzarət etmək üçün hərbi imkana sahibdir.Ermənilərin görmək istədikləri dövlətlərin Azərbaycanla əlaqədar ərazilərə “dəvəti” heç cür qəbul edilən deyildir. Qafqazda baş verən proseslərin idarə olunmasına başqa dövlətlərin hər cür iştirakçılığı “müdaxilə sayılmalıdır.”
Hazırkı vəziyyətdə qalibiyyətli Vətən müharibəsi ilə azad olunmuş ərazilərdə Böyük Qayıdışın həyata keçirilməsi üçün Rusiya-Azərbaycan ikitərəfli münasibətlərin inkişafı, istiqamətlərinin müəyyən edilməsinə ehtiyac vardır. Buna görə də liderlərin son görüşündə Azərbaycan-Rusiya münasibətləri çox geniş müzakirə olunub. Bununla yanaşı, İkinci Qarabağ müharibəsindən-Qalibiyyətli Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, sülhün əldə edilməsi istiqamətində atılmalı olan addımlar ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistanın yeni azad olunmuş Azərbaycan torpaqlarında fərqli formada təxribatlar törətməsinin başqa bir səbəbi də Paşinyanın Qərbdən aldığı təlimatlarla əlaqədar ola bilər. Bir həmsərhəd ölkə və regionda sülhün təmin olunması məsələsini Rusiya öz üzərinə götürmüşdür. Qərbdən xüsusi dəstək alan Paşinyan hakimiyyəti bu təxribatlarla çətin vəziyyətdə sığındığı və kömək istədiyi Rusiyanın bölgədəki nüfuzuna ciddi xələl gətirmək cəhdlərindən də qalmır. Yəni bundan sonra Rusiyanın vasitəçiliyi ilə regionda formalaşdırılan sülh prosesinin pozulması Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vura bilər”.
Müqavilələr, Ermənistan üçün kapitülyasiya imzalandıqdan sonra azad olunmuş tarixi Azərbaycan torpaqlarında yaranan reallıq Ermənistanın fərqli münasibətinin meydana çıxmasına səbəb olmuşdur. Bu məsələ aparıcı informasiya vasiələrində ictimaiyyətə geniş açıqlanmasa da siyasi ekspertlərin fikrinə görə 20 iyun 2021-ci ildə liderlərin görüşündə əsas müzakirə mövzusu olmuşdur. Azərbaycan Rusiya ilə konstruktiv əməkdaşlıqda maraqlı olduğunu real tariximiz də bir daha təsdiq etmişdir. Azərbaycan Vətən müharibəsində qalib gəldikdən sonra da tarixi reallığın ən mühüm nəticəsi ondan ibarət oldu ki, ən vacib məsələlərin müzakirəsini biz Rusiya ilə etməli olduq. Liderlərin son görüşündə çox maraqlı bir məsələ müzakirə edilmişdir. Bu müzakirənin əsas məqsədi Azərbaycan_Rusiya münasibətlərinin tarixi ənənələrə və reallığa əsaslanan perspektivi ilə əlaqədardır.
Mənbələrdə qeyd edilir ki, liderlər Azərbaycan Rusiya münasibətlərinin intellektual bazasının varlığını statistikanın dili ilə təsdiq ediblər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı qeyd edib ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə ali məktəblərin rus dili bölməsində təhsil alır. Daha sonra liderlər Azərbaycan Rusiya arasında olan münasibətlərdə gəncliyin mühüm rol oynayacağını xüsusi ilə qeyd etmişlər. Tam əminliklə qeyd edilmişdir ki,” Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır.”.
İki ölkə arasında yaranan Rusiya-Azərbaycan əlaqələrinin ən mühüm xüsusiyyəti son zamanlarda Azərbaycanın qalibiyyətli Vətən mühribəsindən sonra yaranan reallıqlara münasibətdir. Bu məsələnin həll edilməsi uzun illər Ermənistan işğalında qalmış ərazilərə Böyük Qayıdışda mühüm rol ynayacaqdır. Bu kimi məsələlərdə, xüsusi ilə də geosiyasi yanaşmada Rusiya-Azərbaycan ortaq mövqeyin xarakterindən irəli gəlir. Hazırda hər iki ölkə bir çox regional layihələri uğurla icra edirlər.
Müzakirələrdə kapitülyasiya aktına imza atmış Ermənistanın üçtərəfli 10 noyabr müqaviləsindən 10 ay keçməsinə baxmayaraq konstruktiv mövqe nümayiş etdirməməsidir. Ermənistanın konstruktiv mövqe nümayiş etdirməməsinin nəticəsidir ki, atəşkəsi məqsədli olaraq iki ölkənin sərhəddinin müxtəlif yerlərində tez-tez pozurlar. Son günlər Ermənistan silahlı birləşmələri tərəfindən Şuşa, Naxçıvan, Gədəbəy, Kəlbəcər və Tovuz rayonlarında yerləşən bölmələrimizin atəşə tutulması düşmənin növbəti təxribat cəhdidir. Bu yolla Ermənistan bilərəkdən regionda süni gərginliyin yaradılmasına çalışır”.
Məğlub olmasına baxmayaraq Ermənistan Azərbaycana qarşı təxribatlarını intensivləş dirməkdədir. Bu təsadüfi deyildir. Bununla da kapitülyasiya aktını imzalayan Ermənistan bununla da beynəlxalq dairələrin diqqətini bu məsələyə cəlb etməyə çalışır. Azərbaycan tərəfin Ermənistanın əməllərinə cavab reaksiyasını ölkəmizin aqressivləşməsi kimi təqdim etməyə çalışırlar. Yəni bu məsələni uzun illər missiyasını çox uğursuzluqla yerinə yetirə bilməmiş ATƏT-in Minsk qrupu platformasına əsassız olaraq çıxarmaq niyyətindədirlər”.
Razılaşdırılmış ən mühüm məsələlərdən biri də Ermənistanın mina xəritələrini bütövlükdə Azərbaycan tərəfinə təhvil verməsidir. Azərbaycan tərəfə verdikləri xəritələr tam deyildir. Hissə hissə verilən xəritələrdə də minalanmanın real vəziyyəti düzgün əks edilməmişdir. Bu da son nəticədə azad olunmuş yerlərdə insan itkisinə səbəb olur. Ekspertlərin və siyasi şərhçilərin fikrinə görə minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ciddi təzyiqlər olunmalıdır” Lakin çox maraqlıdır ki, istisnalar nəzərə alınmazsa dünyada lal-kar-kor siyasəti davam etməkdədir.
Liderlərin görüşündə belə bir fikir də səslənmişdir ki, Ermənistan bu təxribatlara son qoymalı, konstruktiv mövqe nümayiş etdirməlidir.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan