hemle

Milli Parkdakı ceyran güllələnib?

Tarix:10-08-2021, 14:11
Baxış Sayı:296

Sosial şəbəkələrdə Şirvan Milli Parkında güllə yarası aldığı iddia olunan ceyranla bağlı görüntülər yayılıb.

“Ecofront” səhifəsi tərəfindən paylaşılan görüntülərdə ayaqları bağlanmış ceyranın park ərazisindəki qamışlıqdan ölü tapıldığı bildirilir. İddia olunur ki, ceyran güllə ilə vurulub və gizlədilib, əl-ayağı bağlı olan heyvana hər hansı yardım göstərilməyib.

Şirvan Milli Parkındakı görüntülərlə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə müraciət etdik. Sorğumuza cavab olaraq Xidmətin rəsmisi Arzu Səmədova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub. İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.

Onun sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil: “Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir.

Populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil. Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.

Verilən açıqlamada ceyranın əl-ayağının niyə iplə bağlanması haqda detal əksini tapmayıb.

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR