hemle

Agentlikdən Güləliyevin səhhəti ilə bağlı AÇIQLAMA

Tarix:6-08-2021, 19:05
Baxış Sayı:287

Bu gün hüquq müdafiəçisi Oqtay Gülalıyev müayinə və müalicəsinin davam etdirilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən EGE Hospitalına köçürülüb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda həmin tibb müəssisəsində xəstənin instrumental və laborator müayinələri aparılır.

Reanimasiya bölməsinə yerləşdirilən xəstənin vəziyyəti həkimlər tərəfindən stabil ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, O.Gülalyevin qarın boşluğunda olan qastrostomik boru çıxdıqdan sonra o M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət etmişdir. Müayinə və müalicədən sonra evə yazılan xəstənin halı sonradan pisləşmiş və təkrar olaraq Mərkəzə müraciət etmişdir.

O.Gülalıyevin müayinə və müalicə xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir