hemle

Bu laborator analizləri pulsuz verə bilərik

Tarix:12-05-2021, 12:15
Baxış Sayı:299

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara ödənişsiz təqdim olunan laboratoriya xidmətlərinin siyahısını açıqlayıb.

hemlemedia.az xəbər verir ki, icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi ilə təminata alınan laboratoriya xidmətləri bunlardır:

Kliniki analizlər;

Biokimyəvi analizlər;

Bakteroloji analizlər;

İmmunoloji analizlər;

İnfeksiyaların təyini və digər xidmətlər.

Qeyd edək ki, icbari tibbi sığorta bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində tətbiq olunur. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Zərfə bir sıra kardioloji və neyrocərrahi xidmətlər də daxil edilib. Bura qapalı və açıq ürək əməliyyatları aiddir.

Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. Növbəti mərhələdə zərfə 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı